İctimai iaşə və pərakəndə ticarət obyektlərində ödədiyiniz ƏDV-nin bir hissəsini geri ala bilərsiniz
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təmassız ödəmələrdən istifadənin üstünlükləri, habelə ticarət və ictimai iaşə obyektlərində ödəmələr aparılarkən kassa çeklərinin tələb edilməsində vətəndaş fəallığının təmin olunmasına yönəlmiş maarifləndirmə işləri davam etdirilir. Bu məqsədlə DVX-nin təşəbbüsü ilə növbəti maarifləndirici videoçarx hazırlanıb. Burada “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara ictimai iaşə və pərakəndə ticarət obyektlərində ödədikləri ƏDV-nin nağd ödənişlərdə 10%-nin, nağdsız ödənişlərdə isə 15%-nin geri qaytarılması haqqında məlumat verilir.
Vətəndaşların “ƏDV geri al” layihəsi barədə məlumatlılıq səviyyəsinin artırılmasına yönəlmiş sosial çarxların silsilə şəklində hazırlanması nəzərdə tutulur.
https://youtu.be/_XUzMVtHZVQ
Mənbə: https://www.taxes.gov.az/az/post/1667