Disable Preloader

Əmək şəraiti ağır olan işlərdə əmək haqqına artım müəyyən olunmalıdır mı?

Əmək şəraiti ağır olan işlərdə əmək haqqına artım müəyyən olunmalıdır mı?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 159-cu maddəsinə əsasən, Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əməkhaqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Bu Məcəllənin 91-ci, 92-ci və 93-cü maddələri ilə müəyyən edilmiş qısaldılmış iş vaxtı şəraitində çalışan işçilərin əməkhaqları normal iş vaxtı üçün müəyyən edilən tam məbləğlərdə ödənilir. "Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların minimum miqdarının haqqında" (əmsalların) məbləğinin müəyyən Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 22 avqust tarixli 137 nömrəli qərarına Qərarında edilməsi Azərbaycan müvafiq əmək şəraiti ilə əlaqədar əməkhaqqına artımın (əmsalın) minimum miqdarı müəyyən edilmişdir.

 

Mənbə: Stat.gov.az